Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan Ordunu ruspərəst zabitlərdən təmizləyir - SİYAHI

Paşinyan Ordunu ruspərəst zabitlərdən təmizləyir - SİYAHI


Dünən Ermənistan Silahlı Qüvvələrinin sıralarında bir sıra kadr dəyişiklikləri baş verib.
Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan sosial şəbəkədəki səhifəsində yazıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinə 3 yeni müavini təyin edilib, 3 idarə rəisi dəyişdirilib. 30 ildən artıq Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə çalışmış birici müavin, 61 yaşlı general-leytenant Kamo Koçunts istefaya göndərilib.

Nazir dəyişiklikləri belə sıralayıb:

Polkovnik Artur Yeroyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

General-mayor Karen Qriqoryan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

General-mayor Temur Şahnazaryan Silahlı Qüvvələrin Baş Əməliyyat İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini təyin edilib.

Polkovnik Arsen Manqasaryan Vazgen Sarkisyan adına Hərbi Akademiyanın rəisi təyin edilib.

General-mayor Artak Budaqyan Birləşmiş Qoşunlar Qrupunun komandiri təyin edilib.

Polkovnik David Aleksanyan Silahlı Qüvvələrin Baş Qərargahının döyüş hazırlığı idarəsinin rəisi təyin edilib.

Polkovnik Vigen Mkrtçyan Silahlı Qüvvələrin Baş Qərargahının rabitə qoşunlarının rəisi - rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi təyin edilib.

Polkovnik Armen Seyranyan Silahlı Qüvvələrin Baş Qərargahının strateji planlaşdırma idarəsinin rəisi təyin edilib.

Polkovnik Hamlet Levonyan Sülhməramlı Qüvvələrin briqadasının komandiri təyin edilib.
 

Ermənistan mətbuatı yazır ki, Silahlı Qüvvələrdəki kadr dəyişiklikləri çoxdan planlaşdırılmışdı, amma hökumət rəhbərliyi bunu hələ gerçəkləşdirməyə tələsmirdi. Fevralın 12-13-də Azərbaycanla sərhəddə baş vermiş silahlı insident Nikol Paşinyan hökumətinə dəyişiklikləri həyata keçirməyə fürsət yaradıb.

“Hraparak” yazır ki, baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan köhnə kadrlardan qurtularaq, öz zövqlərinə uyğun hərbi elita formalaşdırmaq qərarına gəliblər.

Yüksək rütbəli zabitlərin bəziləri aşağı vəzifələrə keçəcək, bəziləri gedəcək, yeniləri gələcək.

“Məlumatlar da var ki, bu dəyişikliklərin əsasında həm də “rus məktəbi” keçmiş, Rusiya təsirinə malik olan hərbçilərin əsas vəzifələrdən uzaqlaşdırılması dayanır. Sistem rusiyapərəst hərbçilərdən təmizlənir, arenaya “NATO kadrları” gətirilir”, - qəzet yazır.

İstisna Artak Budaqyanın təyinatı olub. Ermənistan prezidenti baş nazir Paşinyanın təklifi əsasında dünən hərbi karyerası inqilabdan sonra “çiçək açan” general-mayor Artak Budaqyanı birləşmiş qoşun qrupunun komandanı təyin edib. Budaqyan 2021-ci ildə xüsusi təyinatlı ordu korpusunun komandiri təyin edilmiş, 2023-cü ilin fevralında həmin vəzifədən çıxarılmışdı. Lakin təxminən bir ay sonra xüsusi təyinatlılara məsul zabit təyin edilmişdi. İndi general-mayor birləşmiş qoşunlar qrupunun komandiri təyin olunub, baxmayaraq ki, onun keçmiş xidmət yerlərindən demək olar ki, müsbət rəy yoxdur

Birləşmiş qoşunlar qrupu 2016-cı ildə Ermənistan-Rusiya müqaviləsi ilə yaradılıb. Buraya Ermənistanın 5-ci Ordu Korpusu və Ermənistandakı Rusiya hərbi bazasının bölmələri daxildir. Birgə qüvvələr qrupunun komandiri vəzifəsi general-leytenant Tiqran Pırvanyanın bu postdan azad edildiyi 2023-cü ilin martından boş idi.

Müdafiə Nazirliyindəki mənbələr “Hraparak”a bildirib ki, Rusiya Ermənistana silah tədarükünü bərpa etdiyi üçün bu strukturu müvəqqəti idarəçinin ümidinə buraxmamağa qərar veriblər və Moskvada Frunze adına Hərbi Akademiyada təhsil almış Artak Budaqyanı bu vəzifəyə gətiriblər.

Hərbi mənbələr bildirir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilən polkovnik Artur Yeroyan əslində Baş Qərargah rəisi vəzifəsinə hazırlanır, o, nazir Suren Papikyanın sevimli və yaxın hərbçilərindən biridir.

Müdafiə Nazirliyində şəxsi heyətin yenilənməsi yaxın vaxtlarda da davam etdiriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də