Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məhkəmə ailə üzvlərini öldürən Əhməd barədə qərar verdi - 4 ay...





Xətai Rayon Məhkəməsi fevralın 13-də atasını, anasını, qardaşını, bacısını və bacısının azyaşlı övladını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov barədə qərar qəbul edib.

Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilir ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də