Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oğlu tərəfindən öldürülən qadın seçki məntəqəsinin sədri imiş




Xəbər verdiyimiz kimi, Bakıda 25 yaşlı oğlu Əhməd Əhmədov tərəfindən qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru olub.

O, həmçinin seçki məntəqəsinin də sədri olub.

Bikə Əhmədova 35 saylı seçki dairəsinin 19 saylı məntəqəsinin sədri vəzifəsində çalışıb. 

 

Bikə Əhmədova fevralın 7-də keçirilən prezident seçkiləri zamanı "Xalq qəzeti"nə də müsahibə verib. Mərhim açıqlamasında seçicilərin fəallığının çox yüksək olduğunu bildirib: “Məntəqəmizdə 1459 seçici qeydiyyatdadır. Fəallıq yüz faizdir. Gördüyünüz kimi, seçicilər bülletenləri almaq üçün gözləməli olurlar. Bu saatadək nə qədər seçici gələcəyini gözləyirdiksə, o qədər də gəlib”.

 

O, 2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2015-ci ildə məktəb direktorları və direktor müavinləri üçün məktəbin idarə edilməsi üzrə təlimlərdə iştirak edib. III və IV Qrant layihənin qalibi olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də