Astaranın Artupa kənd məktəbinin tarix müəllimi dərs zamanı vəfat edib.
Əliyev Baloğlan İsmayıl oğlu dərsdə olarkən qəfil halı pisləşib, oradaca keçinib.
Qeyd edək ki, Baloğlan müəllim Astara Təhsil Sektorunun metodisti olub. Onun 65 yaşı yaxın günlərdə tamam olub, təqaüdə çıxmağa hazırlaşırmış.