Bəzən stresli günlərdə və soyuq havalarda əl və yaxud ayaq barmaqlarında meydana gələn mavi-bənövşəyi rəng dəyişmələri Raynaud sindromunun əlaməti ola bilər.
Revmatologiya və daxili xəstəliklər üzrə mütəxəssis, professor Mehmet Sayarlıoğlunun sözlərinə görə, həmin əlamətlər göründükdə gözardı edilməməli və həkimə müraciət olunmalıdır. Bu sindrom temperatur dəyişikliyi və stres səbəbindən meydana gəlir. Onun əsas əlaməti əllərdə və yaxud ayaq barmaqlarının uclarında bəzən soyuğa, bəzən də stresə məruz qaldıqda meydana gələn mavi-bənövşəyi rəngin dəyişməsidir. Normalda damarlar soyuqdan zədələnir və havada istilik itkisini azaltmaq üçün daralır. Lakin Raynaud sindromunda bu proses uzanır. Bir müddət sonra damarlarda oksigen səviyyəsi azalır. Qan axınının pozulması səbəbindən dəridə mavi-bənövşəyi rəng dəyişikliyi meydana gəlir. Bu mavi-bənövşəyi rəngsizləşmənin ardından damarlarda genişlənmə baş verir. Sonra isə barmaq uclarında yenə də çəhrayı-qırmızı rəngdə olur.