İşğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
RegionTV.info xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşları rayonun Suqovuşan kəndi ərazisində xidmətdə olarkən həmin ərazidən 1 ədəd 60 mm-lik minaatan silahı, həmin sialha məxsus 72 ədəd mərmi, 5 ədəd 30 mm-lik AQS-17 qumbaraatan silahı, dolu sandığı və sursatı ilə birgə 2 ədəd 12.7 mm-lik PKT, 1 ədəd PK pulemyotu, hava hücumundan müdafiə üçün atışa hazır vəziyyətdə “İQLA” raket kompleksi, 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 3 ədəd tank əleyhinə RPQ-7 mərmisi, 1 ədəd snayper tüfəngi, 2 qutu 12.7 mm-lik patronlar, 1 ədəd əl radiostansiyası və qidalandırıcısı aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
Xəbəri paylaş