Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndinin yeni polis rəisi kimdir... - FOTO

Xankəndinin yeni polis rəisi kimdir... - FOTO


Xəbər verdiyimiz kimi, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Zaur Nəsirov Xankəndiyə polis rəisi təyin olunub.

Yeni təyin olunan rəisin tərcümeyi-halını təqdim edir.

 Zaur Zakir oğlu Nəsirov 1980-ci ildə Xankəndidə anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdəndən sonra daxili işlər orqanlarında təhqiqatçı, müstəntiq, baş müstəntiq, Göyçay polis şöbəsində istintaq bölməsinin rəisi, Bərdə rayon polis şöbəsinrə istintaq bölməsinin rəisi, əməliyyat işi üzrə rəis müavini, Xətai rayon polis idarəsində əməliyyat işi üzrə rəis müavini olub. 2021-ci ildən Göygöl rayonunda polis rəisi işləyir. Polis polkovniki ailəlidir, 3 övladı var.

 Polkovnik Nəsirov 2022-ci ildə Azərbaycan Respublikasının Prezidentini sərəncamı ilə Vətən uğrunda medalı ilə təltif olunub.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də