Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qarabağ"ın oyununa 15 min bilet satılıb


Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

 Ağdam təmsilçisindən  verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya indiyədək 15 min bilet satılıb.

Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır.

 

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də