Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kürdəmirdə güclü yanğın

Kürdəmirdə güclü yanğın 


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində açıq ərazidə 3 hektar sahədə kol-kos və 1 ədəd elektrik dirəyi qismən yanıb.

 

Ərazidə yerləşən nasosxana və ətraf sahələr yanğından mühafizə edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də