Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Parlament yeni hökumətə "hə" dedi

Parlament yeni hökumətə


Gürcüstan parlamenti yeni hökumətin tərkibini və qarşıdakı illər üçün fəaliyyət proqramını təsdiq edib.

 Parlamentin 84 deputatı yeni hökumətin və proqramın lehinə, 10 deputatı isə əleyhinə səs verib.

Parlament Baş nazir vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini təsdiqləyib.

 

Yeni hökumətdə mədəniyyət və idman naziri Teya Tsulukiani, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşivli, maliyyə naziri Laşa Xutişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ədliyyə naziri Rati Breqadze, daxili işlər naziri Vaxtanq Qomelauri, müdafiə naziri İrakli Çikovani, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari, işğal olunmuş ərazilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili və Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Teya Axvledian olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də