Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 269,04 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 % çoxdur.
BFB-nin dövriyyəsinin 70,7 %-i və yaxud 1 milyard 605,236 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 21,5 % azalaraq 507,623 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4,3 dəfə artaraq 156,182 milyon manat olub.