Finlandiyanın daxili işlər naziri Mari Rantanen paytaxt Helsinkidə keçirilən mətbuat konfransında çıxış edib.
Rusiyadan “immiqrasiya”nın Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün “ciddi təhdid” yaratdığını deyən Rantanen, Moskvanın mühacirləri Finlandiya sərhədinə doğru istiqamətləndirən “hibrid əməliyyatını” dayandırdığına dair heç bir əlamət görmədiklərini bildirib.
Rantanen bu səbəbdən Rusiya ilə sərhədin bağlanması qərarının aprelin 14-dək uzadıldığını bəyan edib.
Nə olub?
Helsinkinin Moskvanın "hibrid əməliyyatı" olaraq xarakterizə etdiyi qaçqınlara görə iki ölkə arasında həftələrlə davam edən gərginlikdən sonra Finlandiya 28 noyabr 2023-cü ildə Rusiya ilə bütün sərhədini müvəqqəti olaraq bağladığını açıqlayıb.