Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağ bugünkü Ermənistana lazım deyil” - Akobyandan ŞƏRH

RegionTV.info 
Düşünürəm ki, övladlarını, valideynlərini, qohumlarını, evlərini itirənlər hələ nə baş verdiyini dərk etməyə vaxtları olmayıb. Müharibəni bir smartfon vasitəsilə izləyənlər əksər hallarda səbəb və nəticələrə dərindən girməyə çalışmırlar. Əgər biz Ermənistanı bir növ məcmu orqanizm kimi götürsək, onda erməni konfederasiyasının ikinci komponentini – “Artsax”ı itirdiyini anlamalıyıq. İndi praktik olaraq konfederal əsasda birləşmiş iki erməni dövləti yoxdur. Rusiyanın dəstəklədiyi Azərbaycan adlı bir dövlət və orda ermənilərin yaşadığı bir anklav var. İndi Ermənistan Qarabağı qorumaq və inkişaf etdirmək borcundan qurtuldu.
Eyni zamanda, Qarabağın sərvətlərindən – mədənçilik, kənd təsərrüfatı, ağac tədarükü və sairdən Ermənistan istifadə etmək imkanını itirdi. Ermənistan Ağdamdan kənarda cəbhə xəttində istehkam qurmaq borcundan azad olsa da, Azərbaycanla yeni sərhədi qurmalı olacaq. Ermənistanın 2021-ci il büdcəsinin xərclər hissəsindəki “Artsax”da dövlət krediti şəklində çıxılmalar nəzərdə tutan maddənin hələ də qüvvədə qalması maraqlıdır. Ancaq gələcəkdə “Artsax”ın dövlət aparatında qalanların necə maliyyələşdiriləcəyi şəxsən mənim üçün aydın deyil. Ermənistan üçün sosial və iqtisadi itkilərin dərinliyi olduqca böyükdür. Strateji itkilərin dərinliyi isə lap böyükdür. Bunu kimin və nə qədər dərindən dərk etdiyini düşünürəm. Bu, çoxları üçün ikinci dərəcəli məsələdir. Şəxsən mən düşünürəm ki, bu müharibənin nəticələri heç vaxt aradan qaldırılmayacaq, erməni cəmiyyətində, erməni tarixində dərin iz buraxacaq. Və bunlar erməni dövlətçiliyinin əsaslarını sarsıda bilər.
Mən 11 yanvar görüşünü müsbət qiymətləndirirəm. Çünki rabitənin blokdan çıxarılması və bölgənin sosial-iqtisadi inkişafı məsələləri ətrafında yüksək səviyyəli danışıqlar aparılırsa, hərbi əməliyyatların yenidən başlama riski arxa plana keçir. Bu, bölgədəki bütün ölkələr üçün faydalıdır, bəlkə də Gürcüstan istisna olmaqla.
Ermənistan hakimiyyətinin səhvləri çox oldu. Məsələn, məhbusların sərbəst buraxılması kimin ideyası idi, bilmirəm. Amma onun ən xırda effektini hiss etmədik. Məğlubiyyətdən qaça bilmədik. Müxalifət Paşinyana dişlərini göstərdi, amma Paşinyanı yeyə bilmədi. İndi hamını bir sual düşündürür: Ermənistandakı daxili siyasi vəziyyət zamanla sabitləşəcək, yoxsa əksinə, kəskinləşəcək? Düşünürəm ki, bəzi ekspertlərin düşündüyü kimi, 2021-ci ilin aprel-may aylarında keçiriləcək erkən parlament seçkilərinə qədər hər hansı bir ağırlaşma olmayacaq. Seçkidən sonrakı dövrdə kampaniyanın nəticəsindən asılı olaraq müəyyən problemlər ola bilər.
Nikol Paşinyan onun üçün kritik bir dövrdə hakimiyyətdə qalmağı bacardı.  Yeni seçkilərə qədər ya itkilərini artıracaq ya da, güclü revanş götürəcək. Müxalifət dişlərini göstərdi, ancaq daxili parçalanma və fərdi iddialar sayəsində Paşinyanı yeyə bilmədi. Göründüyü kimi, müxalifət də “Mənim addımım” partiyasını hakimiyyətdən uzaqlaşdırmaq üçün erkən seçkilərdən başqa bir yol olmadığını başa düşdü. Beləcə, yaxın aylarda hamının başı yeni seçkilərə qatışacaq.Və reallıqlardan çıxış etsək görərik ki ki, Qarabağ bugünkü Ermənistan üçün lazımsızdır. Potensial onu saxlamaq və uğrunda mübarizə aparmaq üçün kifayət deyil.
Bu məsələdə Rusiya da acizdir. Birinci Qarabağ müharibəsindən bəri Rusiya hər zaman Ermənistanın yanında oldu. Bizə bu problemin Ermənistanın xeyrinə həll etmək üçün 30 il vaxt verdi. Amma Ermənistan və bütün dünya erməniləri bu qədər vaxtı boşa verdi. İndi isə artıq hər şey üçün gecdir. Çıxış yolu isə əlimizdə qalanlarla kifayətlənməkdir…

Tərcümə etdi: KONKRET.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də