Rusiyada məşhur idmançının meyiti tapıldı.
Sankt-Peterburq Karate İdman Federasiyasının prezidenti Vitali Konev dünyasını dəyişib.
Fevralın 7-də saat 17 radələrində Nevski atıcı klubundan polisə zəng gəlib. Klub rəhbərliyi hüquq-mühafizə orqanlarına məlumat verib ki, klubda təlimatçı işləyən 57 yaşlı Vitali Konev atışma yerində huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə gələn həkimlər Konevin öldüyünü müəyyən ediblər. İlkin məlumata görə, Konevin başında güllə tapılıb.
Sankt-Peterburqun Bədən Tərbiyəsi və İdman Komitəsinin bəyanatında deyilir: “Biz Vitali Nikolaeviçin ailəsinə, dostlarına və həmkarlarına səmimi başsağlığımızı və dəstək sözlərimizi bildiririk”.