Gürcüstan parlamenti İrakli Kobaxidzenin ölkənin baş naziri təyin edilməsinə razılıq verib.
parlamentin iclası qanunverici orqanın saytında yayımlanır.
Gürcüstan parlamentinin deputatları səs çoxluğu ilə Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad göstərilməsi haqqında qətnaməni dəstəkləyiblər.
Kobaxidzenin və onun təmsil etdiyi Nazirlər Kabinetinin namizədliyinin lehinə 84 deputat, əleyhinə 10 deputat səs verib.Yeni hökumətə etimad göstərmək üçün 150 deputatdan 76-nın səsi lazım idi.