Amerikalı iş adamı İlon Mask ABŞ Senatının Ukraynaya öz sərhədlərini qeyri-qanuni miqrant axınından qorumaqdan daha böyük miqdarda maliyyə yardımı ayırmağı nəzərdə tutan qanun layihəsini tənqid edib.
Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Heç bir cavabdehlik olmadan Ukraynaya bu qədər pul göndərməyə davam etmək dəlilikdir”, - deyə iş adamı bildirib.
Onun fikrincə, bu vəsaitlərin istifadəsinə görə cavabdehlik olmadığı və Rusiya-Ukrayna münaqişəsinin sonu belə planlaşdırılmadığı halda Kiyevə milyonlarla vəsait ayırmaq ehtiyatsızlıqdır.