Türkiyədə yanacağın qiyməti artıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, ötən ildə olduğu kimi, yeni ildə də ilk gündən yanacaq məhsullarında qiymət artımı özünü göstərir. Yanvarın 30-da dizelin hər litrinə görə qiymət 1,38 TL artmışdısa, bir gün sonra dizel qiymətləri yenidən 1,40 TL artıb. Ekspertlər benzinin hər litrinə görə 2 TL bahalaşma olacağını ehtimal edirlər.
Qeyd edək ki, hazırda Ankarada benzin 39,07 TL, dizel 42.38 TL, avtomobil üçün maye qaz 20.41 TL-yə satılır. İstanbulda benzin 38,38 TL, dizel 41TL, 62 TL, avtomobil üçün maye qaz qiyməti 20.37 TL-dir. İzmirdə isə benzin 39,29 TL, dizel 42.57 TL, avtomobil üçün maye qaz isə 20.19 TL-yə satılır.