Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın ən yaşlı seçicisi səs verdi

Azərbaycanın ən yaşlı seçicisi səs verdi


93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib.

 Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.

 Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir. Bu məntəqələr üzrə 52 min 592 seçici prezident seçkilərində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir.

 Rayonda səhər saat 8:00-dan seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb. 1470 nəfər ilk dəfə səs verəcək, 324 nəfərin evinə daşınan seçki qutusu aparılacaq.

 Dairə seçki komissiyasının sədri Əsgərxan Həsənov bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir. Hazırda səsvermənin gedişini 680 yerli müşahidəçi izləyir. (AzərTac)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də