Kiyev meri Vitali Kliçko Rusiyanın bu gün paytaxta raket hücumları nəticəsində 4 nəfərin öldüyünü, ən azı 35 nəfərin yaralandığını bəyan edib.
Kliçko sosial media hesabındakı paylaşımında Rusiya ordusunun Kiyevin Qolosiyiv rayonundakı 18 mərtəbəli yaşayış binasına raketlə vurduğunu açıqlayıb.
O, bildirib ki, Rusiyanın növbəti hücumu nəticəsində Qolosiyivdə 32, Dnepr rayonunda isə 3 olmaqla ümumilikdə 35 nəfərin yaralanıb.