Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lerikdə səsvermə prosesini 1600 müşahidəçi izləyir

Lerikdə səsvermə prosesini 1600 müşahidəçi izləyir


Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri Lerik rayonunda fəaliyyət göstərən 80 saylı seçki dairəsinə daxil olan seçki məntəqələrində də mütəşəkkil davam edir.

 80 saylı Lerik-Astara seçki dairəsi üzrə 127 məntəqə mövcuddur. Onlardan 108-i Lerik rayonunun ərazisində fəaliyyət göstərir. Bu məntəqələr üzrə 32737 seçici qeydiyyata alınıb. Onlardan 3922 nəfəri ilk dəfə səsvermədə iştirak edir.

 Dairənin 1 saylı seçki məntəqəsində səsverməni izlədiyimiz vaxt seçicilərin öz səsvermə hüququndan istifadə etdiyinin və məntəqələrə gələrək səs verdiklərinin şahidi olduq. İnsanların azad və demokratik şəkildə məntəqəyə gəlib səs verməsi üçün hər cür şərait yaradılıb.

Seçici Əlizamin Rzayev ilk dəfədir səsvermədə iştirak edir. “Səsvermə hüququmdan istifadə etdim. Biz xoşbəxt gənclərik, qalib ölkənin qalib gəncləriyik. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Vətənimin firavan gələcəyi üçün səs verdim”, - deyə o bildirib.

 Məntəqədə müşahidə aparan müşahidəçilər də seçkinin gedişatından razılıqlarını bildiriblər. Seçkilərdə hər hansı müdaxilənin, yaxud arzuolunmaz halların baş vermədiyini, prosesin şəffaf şəkildə keçirildiyini vurğulayıblar. Ümumilikdə, 80 saylı seçki dairəsində prezident seçkilərini izləmək üçün 1600 müşahidəçi qeydiyyatdan keçib.

 Müşahidəçi Gültəkin Şıxəliyevanın fikirlərini öyrənirik: “Bu gün səhər saat 8-dən məntəqə qaydalara uyğun açıldı və seçicilər mütəmadi olaraq mütəşəkkil şəkildə gəlib öz istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Seçki davam edir. İnanırıq ki, axıradək belə gedəcək. Seçici aktivliyi də səhər saat 8-dən indiyə kimi davam edir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də