
RegionTV.info xəbər verir ki, bu sözləri həkim Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, vaksinasiyadan sonra bəzi şəxslərdə yaranmış anti-cisimlərin qanda miqdarı yetərli qədər olmaya bilər:
"Tutaq ki, anti-cisimlərin iki dəfə vaksinləşmədən sonra 5-6 ay olması planlaşdırılır. Lakin ola bilər ki, bəzi şəxslərdə bu müddət daha tez başa çatsn. Lakin bu, hamıya aid deyil. Bunu kontrol qan analizləri ilə tənzimləmək olar.
Amma vaksinin ciddi yan təsirlərinin olması barədə dezinformasiyalar və ya hansısa ölkədə vaksindən ölənlərin olması barədə şayiələr absurd fikirlərdir. Biz hamımız vaksin etdirməyə can atmalıyıq".