Jurnalistlər seçki prosesi zamanı Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərməlidir, burada hansısa zümrə yoxdur.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
“Qarşılıqlı anlaşma şəraiyində fəaliyyət göstərilsə, problem yaranmaz. Heç kəsin Seçki Məcəllənin tələbini və digər qanunvericilik aktlarını pozmağa haqqı yoxdur. Biz MSK olaraq heç vaxt qadağalarla danışmırıq. Biz çoxluğun fikrinin ortaya qoyulmasının tərəfdarıyıq”.