Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yerli vaxt ilə saat 08:00-dan başlayan səsvermə davam edir. Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız ilə yanaşı müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak edirlər.
Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti də səfirlikdə yaradılmış seçki məntəqəsində səs verib.
Qeyd olunmalıdır ki, seçki məntəqəsində səsvermə yerli vaxt ilə saat 19:00-dək davam edəcəkdir.