Çilidə meşə yanğınlarında azı 122 nəfər ölüb.
Bu barədə ölkənin Məhkəmə-Tibbi Ekspertiza Xidməti məlumat yayıb.
Məhkəmə-tibb ekspertlərinin rəyinə görə, 32 cəsədin şəxsiyyəti müəyyən edilib.
Xatırladaq ki, bundan əvvəl 112 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, fevralın 2-də Çili Prezidenti Qabriel Borik yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edib.