Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.
Bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.
“Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu böyük miqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, - paylaşımda qeyd edilir.