04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.
Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.