Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Güclü iqtisadiyyat və bütöv ölkə naminə!

Güclü iqtisadiyyat və bütöv ölkə naminə!


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli-mənəvi dəyərlərə əsaslanan dünyəvi dövlətçilik və iqtisadi inkişaf strategiyasının təməl prinsiplərin ən əsasını güclü iqtidadiyyat və bütöv Azərbaycan təşkil edir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan uğurlu neft strategiyası İlham Əliyevin Prezidentliyi dövründə müstəqil inkişaf siyasətinin və güclü iqtisadiyyat quruculuğunun aparıcı qüvvəsinə çevrildi.

 

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin əldə etdiyi iqtisadi və milli zəfərlərin keyfiyyəti kimi kəmiyyəti də olduqca böyükdür. Qalib Liderin 20 illik hakimiyyət dövrünün yalnız 10 ilinin bir neçə makroiqtisadi göstəricilərini müqayisəli təhlil etmək onun siyasətinin mahiyyəti haqqında fikir yürütməyə kifayət edər.

 

Məqsədyönlü siyasət və güclü iqtisadiyyatın ən böyük nəticəsi isə 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə oldu. Beləliklə, güclü iqtisadiyyatın məntiqi nəticəsi suverenleyin tam bərpasına  gətirib çıxardı. Bütöv ölkənin isə yeni reallıqlara uyğun və yenilənmiş iqtisadi inkişaf strategiyasının  əsas məqsədlərini  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in hədəflərində görmək olar.

 

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası və müasir iqtisadi konsepsiyalar əsasında inkişafını nəzərdə tutan Strateji sənəddə qeyd olunur ki: “Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir”.

Bu siyasətin icrası olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən nəhəng layihələr, o cümlədən, Böyük qayıdışa dair birinci dövlət proqramının reallaşdırılması istiqamətində görülən işlər, Yaşıl enerji sektorunun inkişafı istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə gerçəkləşdirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, Füzuli, Zəngilən və Laçında inşa olunan beynəlxalq hava limanları, Ağdam Sənaye Parkının və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması kimi strateji fəaliyyətlər respublikanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” qurulmasına doğru surətli addımlarla getdiyini deməyə əsas verir. Tam əminliklə demək olar ki, digər hədəflər də məhs bu əsas hədəfin reallaşması nəticəsində icra olunacaqdır.

 

Əminəm ki, 2024-cü il fevralın 7-ə təyin olunan Azərbaycan Respublikası Prezidenti seçkilərində xalqımız güclü iqtisadiyyatın, bütöv ölkənin, milli təhlükəsizliyin, müstəqilliyin və suverenliyin qarantı olan İlham Əliyevə səs verəcək.

 

Yusif Musayev,

Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” kafedrasının doktorantı,

Əsaslı kitabxananın müdir müavini



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də