Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gənc olmaq... - Surə Seyid yazır


Surə Seyid

 

Nədir gənc olmaq?

İlahinin sənə verdiyi ömrün ən gözəl çağında olmaq, qar altından görünən tər bənövşə, ətirli və əvəzsiz qızılgül gönçəsi, köklü bir ağacın baharda tumurcuqlayan budağı olmaqdır gənc olmaq...

Yaşamaqdır gənc olmaq, həyatı doya-doya yaşamaq, gənclik coşqusunun sənə verdiyi enerji ilə  yazıb-yaratmaq, ömrə sarılmaqdır gənc olmaq...

Sevməkdir gənc olmaq, gənc və təmiz qəlbin içində oyanan ilk eşq, nəfəs, ümid, sevgidir gənc olmaq...Sevginin ilk həyəcanı, qızartısı, həyəcanıdır gənc olmaq...

Ümiddir gənc olmaq, gələcəklə bağlı planlar, böyük arzular, xəyallar dünyasına açılan qapılar, sabaha uzanan yollardır gənc olmaq...

Gücdür gənc olmaq, içindəki MƏNin gücünü hiss etmək, əyilməmək, mübariz olmaq, həyata və zamana savaş elan etməkdir gənc olmaq....

Gözəllikdir gənc olmaq, qızlar bulağından su içmək, simasında ərənliyin, cəsarətin, kişilik və mərdliyin ilk baxışlarını hiss etməkdir gənc olmaq...
Dünyaya meydan oxumaqdır gənc olmaq, bütün çətinliklər, ağrılar və acılar, maneələr qarşısında dik durmaq, əyilməmək, əzilməmək, irəli getməkdir gənc olmaq....

Əzməyək bu tər bənövşələrii, qırmayaq budaqları, pozmayaq bu gözəlliyi, dağıtmayaq bu ümidləri, toxunmayaq onların ləkəsiz, mavi və saf dünyalarına!

Qoy dünyamız gözəlləşsin, qoy ümidlər çiçək açsın, qoy sabahlarımız daha parlaq, daha aydın, daha rəngarəng olsun, qoy gəncliyimiz və gələcəyimiz əyilməz, məğrur, iradəli və əzmli olsun!

BAYRAMINIZ VƏ GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ GƏNCLƏR

TƏK BU GÜN YOX, HƏR GÜNÜMÜZ, SABAHIMIZ VƏ GƏLƏCƏYİMİZ GƏNCLƏRİN OLSUN!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də