Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyada ölümcül xəstəlikdən sağalan ilk insan oldu




Avstraliyalı bir qadın dünyada ölümcül xəstəlikdən sağalan yeganə insan olub. 

Bu qadın dünya üzərində mal-qara və qoyunlarda ölümcül qara ayaq xəstəliyinə səbəb olan bakteriyaya yoluxduğu bilinən üçüncü şəxs olub. Bilinən digər iki şəxsin həyatını qurtarmaq mümkün olmasa da, bu qadın möcüzəvi şəkildə sağ qalıb. 

Sonradan həkimlər xəstənin qanında torpaqda sporlar şəklində yaşayan, udulduqda və ya nəfəs aldıqda qan dövranına və əzələ toxumasına daxil olan "Clostridium chauvoei" bakteriyasının ölümcül formasını aşkar ediblər. Dəqiq diaqnoz və vaxtında aparılan müalicə sayəsində iki həftə yarımdan sonra qadının səhhəti normallaşıb və üç aydan sonra tam sağalıb

Qeyd edək ki, indiyədək yalnız iki nəfər "Clostridium chauvoei" virusuna yoluxub və hər ikisi bu bakteriyaya yoluxma nəticəsində yaranan fəsadlardan dünyasını dəyişib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də