Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda dəhşətli hadisə: Yaşlı qadının hər iki ayağı sındı

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Yolu keçən 1965-ci il təvəllüdlü Eyvazova Səriyyə Nurməmməd qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol budun sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də