
Türkiyənin Beyaz Tv kanalında məşhur aparıcı Nur Viralın aparıcılıq etdiyi "Hayatta Her Şey Var" verilişində bir qadının studiyaya zəng edərək etdiyi etiraf hər kəsi şoka salıb.
Aparıcı 5 uşaqlı evli kişi ilə münasibətdə olduğunu bildirən qadının "ərimi sevirəm" deməsinə sərt reaksiya verib.
Aparıcı həmin qadına "O sənin ərin deyil. Sən kimi sevirsən?", -deyə qəzəblənib.
33 yaşlı qadın 64 yaşlı kişi ilə 3 ilə yaxındır ki, münasibətdə olduğunu etiraf edib. Ortaq dostlar tərəfindən tanış olduqlarını deyən qadın eyni evdə qaldıqlarını da bildirib.
OXU24.COM istinadən xəbər verir ki, aparıcı 5 uşaqlı evli kişi ilə münasibətdə olduğunu bildirən qadının "ərimi sevirəm" deməsinə sərt reaksiya verib.
"Mən buna dözə bilmirəm. Şərəfsiz adam, bu qadını necə aldada bilirsən?",-deyə Nur Viral bildirib.
Aparıcının verdiyi reaksiya sosial mediada da gündəm olub.