Macarıstan parlamenti fevralın 5-də İsveçin NATO-ya qəbulu ilə bağlı növbədənkənar iclas keçirəcək.
Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ölkə hökumətinin İsveçin NATO-ya qəbulu ilə bağlı sazişin ratifikasiyası üçün növbədənkənar iclas keçirməyi parlamentə təklif etməyəcəyini bildirmişdi.
Bu gün məlum olub ki, Aİ-nin bütün 27 ölkəsi Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb.
Eyni zamanda yardımın ayrılmasına torpeda vurmağa çalışan Budapeşt Ukraynaya maliyyə yardımı ayırarkən vetodan istifadə etmək hüququndan məhrum edilib.