Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Liverpul” “Çelsi”ni darmadağın edib



İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Liverpul” öz meydanında “Çelsi”ni darmadağın edib.  “Enfild” stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Liverpul”dan Dioqo Jota, Konor Bredli, Dominik Soboslai və Luis Dias fərqlənib, qonaqların yeganə qolunu isə Kristofer Nkunku vurub. “Liverpul” bu mövsüm 22-ci oyunda 15-ci qələbəsini qazanıb və 51 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Yurqen Kloppun yetirmələri sentyabrın 30-dan bəri İngiltərə Premyer Liqasında uduzmur və “Çelsi” üzərində qələbə “Liverpul”un məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də