
Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib. Hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib. Nəticədə 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı - 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.