Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden Çin lideri ilə danışmaq istəyir




ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin yaxın vaxtlarda yeni telefon danışığı aparmaq niyyətindədirlər. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. "Biz razılaşdıq ki, Prezident Bayden və Sədr Si arasında tezliklə danışıq aparmaq lazımdır", - o, Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib. Sallivan, ABŞ və Çin liderlərinin "nisbətən tezliklə" telefonla danışacağını söyləyib. O qeyd edib ki, Bayden və Si arasında şəxsi ünsiyyətə alternativ ola bilməz.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də