Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəran əhalisinin milli tərkibi - azərbaycanlı, talış, rus, türk, erməni - SİYAHI

Lənkəran əhalisinin milli tərkibi - azərbaycanlı, talış, rus, türk, erməni - SİYAHI


1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Lənkəran rayonunda əhalinin sayı 226,6 min nəfər olub.

Bu barədə  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Lənkəran əhalisinin 114 096 nəfərini kişilər, 112 453 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Lənkəran şəhəri, Liman şəhəri, Nərimanabad qəsəbəsi, Gərmətük qəsəbəsi, İstisu qəsəbəsi, Aşağı Nüvədi qəsəbəsi, Balıqçılar qəsəbəsi, Haftoni qəsəbəsi, Şirinsu qəsəbəsi, Hirkan qəsəbəsi.

Rayonda doğulanların gözlənilən ömür uzunluğu 75,5 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Lənkəran 1359 nikah bağlaıb, 290 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Lənkəran rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.

Məlum olub ki, Lənkəranda say çoxluğuna görə azərbaycanlılardan sonra talışlar gəlir. Sonrakı yerlərdə türklər və ruslar sıralanıb.

Sonuncu siyahıyaalınma zamanı Lənkəranda hətta 1 nəfər erməninin yaşadığı da müəyyən olunub. Həmin şəxs qadındır.

Lənkəran rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də