Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda 4 nəfər edam edilib




İranda İsrailin xeyrinə casusluq və respublikanın milli təhlükəsizliyini pozmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə 4 nəfər edam edilib.

Bu barədə İranın Mehr agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, İsrail kəşfiyyat agentliyi Mossad ilə əlaqəsi olan qrupun dörd üzvünə qarşı edam hökmü bazar ertəsi səhər icra olunub. Cinayətkarlar 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində raket zavodunda partlayıcı qurğu quraşdırmaq üzrə əməliyyat keçirmək ittihamı ilə həbs ediliblər. Onlar İraq Kürdüstanı vasitəsilə ölkəyə daxil olublar.

Sentyabrın 17-də İslam İnqilab Məhkəməsi qruplaşma üzvlərini İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və terror qruplaşması yaratmaqda ittiham edərək edam cəzasına məhkum edib. İranın Ali Məhkəməsi apellyasiya şikayətini rədd edərək, inqilab məhkəməsinin hökmünü təsdiqləyib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də