Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya zavoduna hücum olub




Rusiyanın Yaroslavl şəhərindəki  Slavneft-YANOS neft emalı zavoduna təyyarə tipli pilotsuz uçuş aparatı hücum edib.

Bu barədə Telegram-kanal 112 mənbəyə istinadən məlumat yayıb.

 Telekanalın məlumatına görə, pilotsuz təyyarə benzin, dizel və təyyarə yanacağı istehsal etmək üçün yüksək qaynayan neft fraksiyaları, mazut, vakuum qazoylu və ya asfaltdan təmizlənməsi üçün nəzərdə tutulmuş hidrokrekinq qurğusunun yaxınlığında yerləşən neft emalı zavodunun ərazisinə düşüb.

İHA-nın qəzaya uğradığı ərazi mühasirəyə alınıb və minatəmizləmə qrupunun gəlməsi gözlənilir, 112 qeyd edib.

Rusiya Müdafiə Nazirliyi yanvarın 29-da səhər saatlarında hava hücumundan müdafiə sistemlərinin Bryansk vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Bundan əvvəl Leninqrad vilayətindəki NOVATEK qaz terminalında yanğın baş vermiş, Kinqisepp rayonunda yüksək xəbərdarlıq rejimi tətbiq edilmişdir. Yanğından əvvəl iki partlayış olub. Şahidlər səmada dronların olduğunu bildiriblər. İlkin məlumatlara görə, Moskva vaxtı ilə saat 01:00 radələrində Sankt-Peterburqa yaxınlaşan iki pilotsuz təyyarə görünüb, daha sonra şəhərin qarşısında onlar qəfil istiqamətini dəyişərək Leninqrad vilayətinin Kinqisepp rayonuna doğru istiqamət alıblar.

Bundan əvvəl Rusiya pilotsuz təyyarələrin qarşısının alınması üçün yeni sistem yaratmışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də