Meksikada reys həyata keçirən təyyarələrdən birində 4 saatlıq gecikmə yaşanıb.
Buna səbəb sərnişinlərdən birinin şok yaradan gözlənilməz hərəkəti olub.
Belə ki, sərnişin təyyarənin fövqəladə hallar üçün nəzərdə tutulan çıxışının qapısını (pəncərə) açaraq qanadlardan birinin üstünə çıxıb. Qanadın üstündə gəzişməyə, müxtəlif hərəkətlər etməyə başlayan şəxs ekstremal vəziyyətin yaranmasına səbəb olub.
Digər sərnişinlərin "qəhrəman" adlandırdıqları həmin şəxs sonradan saxlanılıb. Təyyarə gecikmə ilə uçuşunu həyata keçirib.