Qazaxın Məzəm kəndini erməni postundan sadəcə Coğaz çayının yaratdığı göl ayırır. Bu kənd Qarabağ münaqişəsi dövründə dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Atılan güllələr yalnız daşlara yox, insan həyatlarına da dəyib. Ermənilər uzun illər Məzəm sakinlərini təhqir də ediblər.
Məzəmlilər isə həmişə onların cavabını layiqincə veriblər. Ermənilərin silahları isə 3 ildir susub. Buradan ermənilərin yaşadığı kəndlər də görünür.
Kənd sakini Sarif Rəhimovun evi erməni postuna ən yaxın məsafədə yerləşir.
Təxminən 200 metr... O deyir ki, kənddə baxanda erməniləri görə bilirlər.