Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qobuda sursat AŞKARLANDI

Qobuda sursat AŞKARLANDI


Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

 Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

 Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.

 Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də