Böyük Britaniya Kralı III Çarlz xəstəxanaya yerləşdirilib.
Bu barədə Bukingem Sarayı məlumat yayıb.
Bildirilir ki, o, tibbi prosedur üçün tibb müəssisəninə aparılıb. Kralın prostat vəzinin böyüməsi səbəbi ilə xəstəxanaya yerləşdirildiyi qeyd olunur.
Saray rəsmiləri onun müvəqqəti olaraq vəzifəsinin icrasından uzaqlaşacağını bildiriblər.