Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Qardaşlardan dünəndən bu yana xəbər alınmayıb.
Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar və iki qardaşın meyitlərini aşkar ediblər.
Onlar Tovuz rayonunda anadan olub.
Qeyd edək ki, Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.
S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.