Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kino ittifaqları nə vaxt birləşəcək? - Rasim Balayev AÇIQLADI

Kino ittifaqları nə vaxt birləşəcək? - Rasim Balayev AÇIQLADI


Bu ilin iyul ayınun 26-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı birləşəcəyi barədə bəyanat yayıblar. Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının ötən il keçiriləcəyi deyilsə də, tədbir baş tutmayıb.

 Yeni yaradılacaq Birliyin sədrinin kim olacağı məlum deyil. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri isə xalq artisti Şəfiqə Məmmədova olub. Hər iki sənətçi birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub. 

 Bəs qurultay nə vaxt keçiriləcək?

 

Rasim Balayev açıqlamasında deyir ki, hər iki ittifaq Azərbaycan kino sahəsinə dəstək məqsədilə birləşib.

 "Yaxın müddətdə qurultayın keçirilməsi planlaşdırılır. Qurultay keçiriləcək, o zaman kimin rəhbərlik edəcəyi məlum olacaq. Prezident seçkilərindən sonra qurultayımızı keçirməyi qərara aldıq.  Belə qərara aldıq ki, prezident seçkisi bitsin, biz də seçkimizi keçirək. Prezident seçkisindən sonra qurultaya hazırlaşacağıq", - o qeyd edib.

 Qeyd edək ki, bu yaxınlarda bəzi sənət adamları mikrosahibkarlar (VÖEN-lə çalışan bütün fərdlər) üçün verginin 5%-dən 20%-ə qaldırılmasından narazılıq ifadə edib. Rasim Balayev bu qərarın aktyorlar üçün yaratdığı problemə də münasibət bildirib: “Bu məsələ ilə bağlı heç bir şikayət eşitməmişəm. Hökümət belə qərar çıxarıb, biz nə edə bilərik?”



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də