Dövlət Statistika Komitəsinin Gəncə şəhər şöbəsi 2022-ci ilin sonunda 330 248 nəfər sakin qeydə alıb.
Bu barədə saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Bu göstəricilərə əsasən Gəncədə yaşayan əhalinin 160 967 nəfərini kişilər, 169 281 nəfərini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Gəncədə yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.
Məlum olub ki, Gəncədə say çoxluğuna görə azərbaycanlılardan sonra ruslar gəlir. Sonrakı yerlərdə türklər və gürcülər sıralanıb.
Sonuncu siyahıyaalınma zamanı Gəncədə hətta 1 nəfər erməninin yaşadığı da müəyyən olunub.
Gəncədə yaşayan əhalinin milli (etnik) tərkibini məlumatı təqdim edirik:
Xəbəri paylaş