Füzulidə 1987-ci il təvəllüdlü arvadı Ruhanə Qasımovanı qətlə yetirən 40 yaşlı Süleyman Qasımovun məhkəmə prosesi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Qasımov 10 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 24-də Füzulinin Qayıdış-5 qəsəbəsində baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisədən bir gün öncə evlərinə qonaq gəlib. S.Qasımov qonaqlar üçün qaz ətindən kabab bişirib. Bu zaman arvadı da qonaqlarla birlikdə masaya əyləşərək kababdan yeyib.
Maraqlıdır ki, Ruhanənin masaya əyləşməsi Süleymanın narazılığına səbəb olub. O, həyat yoldaşına “bəs sən gördün ki, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin?” deyərək irad tutub. Onun bu sözləri Ruhanənin xətrinə dəyib.