Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb.
Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.
O bildirib ki, Azərbaycanda İİV-ə yoluxma halı ilk dəfə 1987-ci ildə qeydə alınıb.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna olan nəticəyə görə, respublika üzrə qeydiyyatda olan İİV xəstələrinin sayı 9 252 nəfərdir.