Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib, tədris prosesi fasiləsiz davam etdirilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb:
"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır".