Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prostatiti sağaldan MÖCÜZƏ MƏCUN - Gündə 3 dəfə 1 çay qaşığı için!



Prostat vəzini əbəs yerə kişilərin “ikinci ürəyi” adlandırmırlar. Hətta kişilər yaşlaşanda da cərrahi əməliyyatla onun götürülməsi ilə barışmaq istəmirlər. Problemin o həddə gəlib çatmaması üçün problemə vaxtında müdaxilə etmək önəmlidir. Üstəlik təbii vasitələrlə. Bəli, bu gün sizə prostatın təbii müalicəsindən danışacam. Məşhur Fitoterapeft Fizuli Hüseynovun Prostat böyüməsi zamanı tövsiyyə etdiyi məcun haqda videomuzda məlumat alacaqsınız. Diqqətiniz məndə olsun. 
Prostat vəz ağrıları zamanı qanda prostaqlandinlərin miqdarı artır, xəstələr dinclik tapa bilmir, həmişə həyəcanlı olur, sidiyə çətin gedirlər və bəzən isə ikiləşmiş sidik olur. Sidiyə gedəndən sonra sidik qaldığından tam boşalma olmur. Cinsi istək azalır və yavaş-yavaş itir. Axşamlar sidiyə getmə çoxalır, səhərə qədər dəfələrlə narahatlıq yaradır. Prostat vəz yerləşən nahiyədə güclü ağrılar olur.
Müalicədən əvvəl prostat vəzin USM müayinəsindən keçmək və qanda “PSA total” analizi verərək müalicəyə başlamaq lazımdır. Hər 2 aydan bir yoxlanılmaqla müalicənin nəticələrini müəyyənləşdirmək olar.
Prostat üçün resept:
Prostat vəzin hiperplaziyasında, yəni böyüməsində aşağıdakı məcundan istifadə edə bilərsiniz.
Zəncəfil  kökü     –    30 qram
Qarazirə  toxumu  –  50 qram
Xurma tozu (erkəkcikləri)  –  100 qram
Ud hindi kökü        –        50   qram
Novruz şaxtagülü    –     20  qram
Bal (şabalıd vəya qaratikan)   –  1 kq
Bitkilərin hamısı quru olmalı qəhvəüyüdəndə üyüdülür, bir-birinə qarışdırılır. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qəbul edilir. Məcunun qatılığı və acılığı narahatlıq yaradanda əlavə olaraq 0.5 kq-a qədər bal əlavə etmək olar. İstifadədən əvvəl məcunu qarışdırmaq lazımdır. Şəkər xəstələri və təzyiqi yüksək olanların istifadə etməsi məsləhət deyil və ya ehtiyatla, az miqdarda tətbiq edə bilərlər. Məcundan istifadə edərkən ishal yaransa onun miqdarı yarıbayarı azaldılmalıdır, problem yarananda isə onun qəbulu dayandırılmalıdır, çünki hər bir orqanizm fərqli xüsusiyyət daşıyır və məcunun tərkibindəki bitkilərə əks reaksiya verə bilər.
Prostat üçün resept:
Teamen prostatit əleyhinə çay prostat vəzin qanla təchizatını və innervasiyasını yaxşılaşdırır, kapsulunun keçiriciliyini yaxşılaşdırır və mikrosirkulyasiyanı sürətləndirir, antioksidant, tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir, spermanın keyfiyyətini, cinsi hüceyrələrin həyat qabiliyyətini və potensiyanı artırmağa yardım edir. Teamen Prostatit əleyhinə çayı Aptek və Fito Clublardan əldə edə bilərsiniz.
Prostatit riskini azaltmaq üçün faydalı olan idman növləri də var. Bu barədə Rusiyanın tibb elmləri doktoru Leonid Spivak bildirir ki, sağlam həyat tərzi prostat vəzi də daxil olmaqla bütün xəstəliklərin riskini azaldır. İdmana gəlincə, faydalıdır. Sadəcə bəzi növlərə məhdud şəkildə yanaşmaq lazımdır. Prostat vəzinin yeri - pelvisdə - qan dövranını bir qədər çətinləşdirir. Buna görə, onu inkişaf etdirə biləcək hər hansı bir idman məşqləri faydalı olacaq - onlar bədənin qidalı maddələr və oksigen ilə qidalanmasını yaxşılaşdırır, həmçinin prostatitin qarşısını alır.
Prostat vəzinin normal işləməsinə əngəl olan şey pelvisdəki durğunluqdur. Yəni oturaq həyat tərzi və nizamsız cinsi həyat. Düzdür, bir çox kişilər üçün iş çox tərpənməmələri üçün tənzimlənir - məsələn, ofislərdə və tıxaclarda otururlar. Bu, prostat vəzinin normal işləməsinə kömək etmir. Bu həyat tərzi ilə idman lazımdır. Minimum qaçış, gimnastika məşqləri, kiçik pelvisin normal işləməsini təmin edə bilən məşq maşınlarıdır.
Bəs Prostatit şansını artırmamaq üçün imtina etməli olduğunuz bir növ idman varmı? Leonid Spivak qeyd edir ki. Çox ağır məşqlər mənfi təsir edir. Məsələn, ağır atletika və ümumiyyətlə böyük çəkilərlə işləmək çanaqdakı təzyiqi pozur. Bu siyahıya velosiped sürmənin uzunmüddətli fəaliyyətləri də daxil edilə bilər, çünki prostat vəzindəki qan damarlarına daim zədə verir.
Əgər prostat xəstəliyi irəliləyibsə, bu zaman idman necə təsir edir?
Xəstəliyin kəskinləşdiyi zaman hansısa bir idman növü kəm edə bilmir təəssüf. Belə hallarda istirahət tövsiyə olunur. Burada, əlin vəziyyətində olduğu kimi: əgər onu sındırmısansa, onda dərhal inkişaf etdirməyə başlamağın heç bir mənası yoxdur, sağalmağına imakn verməlisən.

 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də