Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş köçkünlərin müavinəti bu tarixdə DAYANDIRILACAQ

Keçmiş köçkünlərin müavinəti bu tarixdə DAYANDIRILACAQ


Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq.

Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.

Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:

 “Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır”.

 

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də